
Tunisin devrilmiş diktatoru Zeynalabdin Bin Əli intihar edib. Məlumatı Livanda çıxan Diyar qəzeti verib.
Qəzetin yazdığına görə, Bin Əli keçirdiyi ruhi sarsıntı nəticəsində “kalium” həbləri qəbul edərək, intihar edib. “Kalium” həbləri ürəyin durmasına səbəb olur.
Bin Əlinin Parisdəki ofisi bu məlumatı təkzib etsə də, Tunis hökuməti keçmiş diktatorun ötən gün saat 18:30-da dünyasını dəyişməsi ilə bağlı məlumata malik olduğunu bildirib.