SuriyaXƏBƏRLƏR

Terrorçular cinayətlər törədir; Qərblilər isə Suriyaya hücumdan danışır

Suriyada terrorçuların bəzi region ölkələri və İngiltərə və ABŞ-ın himayəsi ilə bu ölkənin günahsız xalqına qarşı cinayətləri törətməyi davam etdirdikləri bir halda, qərblilər hələ də müharibə təbilini çalırlar.

ABŞ Müdafiə Nazirliyi bildirib ki, 5-ci esminesini Aralıq dənizinə ezam edəcək. Vaşinqton da bildirib ki, hətta BMT-nin təsdiqləməsi olmadan Suriyaya hücuma əl atacaq.

Rusiya qərbin Suriyaya qarşı eks-pansionist açıqlamalarının artması ardınca, sualtı gəmi əleyhinə bir gəmi və kruz raketləri ilə təchiz olunmuş bir gəmini Aralıq dənizinə ezam etmək üçün proqramın icra olunduğunu bildirib.

İki gün öncə ABŞ dövlət katibi Con Kerri Suriya barəsində kəskin açıqlamasında deyib ki, Barak Obama Suriyaya avia hücumuna fərman vermək üçün Konqresdən icazə almağa ehtiyaclı deyil.

ABŞ dövlət katibi bu açıqlamada iddia edib ki, Suriyada Bəşşar Əsəd hökuməti tərəfindən kimyəvi silahlardan istifadə olunması barəsində şübhə yoxdur.

Bununla yanaşı Suriyanın BMT-dəki nümayəndəsi bildirib: Kimyəvi silahlar Türkiyə, Qətər və Ərəbistandan Suriyaya daxil olub.

Cəfəri əlavə edib: Ərəbistan, Qətər, Türkiyə və bir neçə digər ölkə, o cümlədən İngiltərə və ABŞ-ın terrorçuların Suriyada kimyəvi silahlardan istifadə etmələrində rolları vardır.

Onun sözlərinə görə, Ərəbistan və Qətər kimyəvi silahların satın alınması üzrə vəsaiti ödəyiblər, Türkiyə isə onların Suriyaya daxil olmasını asanlaşdırıb.

Qeyd edək ki, belə bir halda Suriya terrorçuları hələ də müdafiəsiz xalqa qarşı öz cinayətlərini davam etdirirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu