DünyaXƏBƏRLƏR

İtaliyanın Hindistandakı səfirinin Hindistanı tərk etməsi qadağan edilib

İtaliya Dövlətinin iki Hindistan vətəndaşının qətlində ittiham edilən iki italiyalı dəniz piyadasını geri göndərməkdən imtina etməsinin ardınca Hindistanın Ali Məhkəməsi İtaliyanın Hindistandakı səfirinin Hindistanı tərk etməsini qadağan edib.

Rəsmi Romanın ötən il Kralada iki balıqçının qətlində ittiham edilən iki italiyalı dəniz piyadasının geri dönməsinə icazə verməməsindən sonra Hindistanın Ali Məhkməsi də İtaliyanın Yeni Dehlidəki səfirinin Hindistanı tərk edə bilməməsi haqda hökm çıxarıb.

 

Bu məlumata əsasən Hindistanın Ali Məhkəməsi qeyd edilən iki italiyalı dəniz piyadasına icazə verdi ki, ötən ay seçkilərdə iştirak etmək üçün İtaliyaya getsinlər.

İtaliyanın Hindistandakı səfiri Daniel Mançini bu iki dəniz piyadasının 22 marta qədər Hindistana geri qayıtmaları haqda şəxsən məhkəmədə zəmanət verib. Hindistanın baş naziri Manmuhan Sinq xəbərdarlıq edibdir ki, İtaliyanın italiyalı dəniz piyadalarını Hindistana geri qaytarmaqdan imtina etməsi qəbulediləsi deyildir və mənfi nəticələr yarada bilər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu