DünyaXƏBƏRLƏR

Kərzayın ali müşaviri: Əfqanıstan ABŞ-ın təzyiqlərinə təslim olmayacaq

Əfqanıstan prezidentinin ali müşaviri və sözçüsü bildirib: Hamid Kərzay Kabilin Vaşinqtonla təhlükəsizlik memorandumunu imzalamaq üçün heç vaxt ABŞ və bəzi daxili məsul şəxslərin təzyiqlərinə təslim olmayacaq.
Hamid Kərzayın ali müşavirlərindən İman Feyzi cümə günü Amerika rəsmilərini 2013-cü il sona çatmadan Vaşinqtonla təhlükəsizlik memorandumunu imzalamaq üçün Əfqanıstan hökumətinə təzyiq tətbiq etməkdə suçlayıb.
Bu memorandumun imzalanması ilə amerikalı hərbçilərin Əfqanıstanda iştirakının davam etməsi 2014-cü ildən sonra təyin olunacaq.
Feyzi bildirib: Təhlükəsizlik memorandumunu imzalamaq üçün Əfqanıstan hökumətinə qarşı ABŞ-ın sərt təzyiqlərinə baxmayaraq, Kabil heç vaxt bu təzyiqlərə təslim olmayacaq.
Hamid Kərzay ötən ay bildirmişdi ki, ABŞ-la təhlükəsizlik memorandumu Vaşinqton Kabilin yeni təklif şərtlərini qəbul etdiyi halda imzalanacaq.
ABŞ çalışır ki, qərb ölkələrinin Əfqanıstan hökumətinə neçə milyard dollarlıq yardımların göndərilməsində maneə yaratmaqla bu ölkəni təhlükəsizlik memorandumunu imzalamaq üçün təzyiq göstərsin.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu