DünyaXƏBƏRLƏR

Sionist İsrail Amya hadisələrinin yenidən araşdırılmasından qorxur

İsrail rejimi 1994-cü ildə Boines Ayresdə bir yəhudi mərkəzində partlayışın törədilməsi barəsində araşdırma ilə bu rejimin Amya hadisəsində ehtimal olunan rolunun ifşa olunmasından qorxur.

Raf Şonmen Press TV ilə müsahibədə bildirib: İsraillilərin qorxusu yerindədir. Çünki bu həmin yerdir ki, barmaqlar ona tərəf tuşlanıb. Mən faktları gördüyümdə bu barədə arxayınlaşıram.

Şonmen əlavə edib: İsrail rejimini təhlükəsizlik və informasiya qurumları digər ölkələrdə təxribatçı əməliyyatların icrasında uzun keçmişə malikdirlər və həmişə bu sahədə bir tərəfi müqəssir kimi göstərirlər.

“Sionizmin gizli tarixi” kitabının müəllifi bildirib: Digər tərəfdən bu məsələni qeyd etməliyəm ki, Mossad və Şinbet dəfələrlə müxtəlif ölkələrdə yalançı bayraq əməliyyatlarını icra ediblər və onları şeytan kimi cilvələndirmək istəyən şəxslərə hücum kimi elan edirlər. Halbuki onlar özləri belə hücumların ssenaristləridirlər.

Argentina Senatı İsrail rejimini qıcıqlandıran bir hərəkətdə 85 nəfərin ölümü ilə nəticələnən Amya cinayət işinin araşdırılması üçün faktaraşdırıcı komitənin təşkil olunması ilə bağlı İranla Argentina hökumətinin razılaşmasını ratifikasiya edib.

İranın xarici işlər naziri Əli Əkbər Salehi 27 yanvarda Amya hadisəsinin daha artıq araşdırılması məqsədilə argentinalı həmkarı Hektor Timermenlə Efiopiya paytaxtı Əddis Əbəbədə görüşdü.

Argentina ABŞ və İsrail rejiminin kəskin siyasi təzyiqi nəticəsində bu partlayışın icrasında rəsmi şəkildə İranı məhkum etmişdi. Halbuki İran İslam Respublikası bu terror aktında istənilən müdaxilə və iştirakı qətiyyətli şəkildə təkzib etmişdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu