Sionist rejim ordusunun Colan yüksəkliklərində Suriya ordusunun açdığı atəşə qarşılıq verməsi məntəqədə müharibə ehtimalı ilə bağlı nigaranlıqlara səbəb olub.
Sionist rejim ordusu cümə günü bir bəyanat yayaraq, bildirib ki, İsrail ordusu Suriya ordusunun işğal altında olan Colan yüksəkliklərini atəşə tutmasının ardınca onlara tərəf atəş açıb.
Bu bəyanatda deyilir: Suriya ordusunun ağır artilleriyası Suriya ilə işğal olunmuş ərazilərin təmas xəttində yerləşmiş İsrail hərbçilərinə doğru atəş açıb. Bu toqquşma zamanı İsrail hərbçiləri arasında xəsarət alan olmayıb. Amma, bunun müqabilində İsrail ordusu Suriya ordusunun bu hərəkətini cavabsız qoymayıb.
Digər tərəfdən Azad Suriya Ordusuna bağlı bir silahlı dəstə əl-Nəsrcə Cəbhəsinin əl-Qaidə təşkilatına qoşulması ilə müxalifət edib. Azad Suriya Ordusu 20 batalyondan ibarətdir ki, Azad Suriya Ordusunun hərbi rəhbərliyi altında fəaliyyət göstərirlər. Əl-Nəsrə cəbhəsi bundan öncə əl-Qaidə lideri Əymən əl-Zəvahiriyə sədaqətini elan etmişdi.
