İran İslam Respublikası xarici işlər naziri, Mina faciəsinin ölçülərinin işıqlandırılması və İranlı zərər çəkmiş uşaqların hüquqlarının əldə edilməsi üçün İran ədalət nazirliyi vəkillərindən faydalanılması zərurətini vermişdir.
Dünən (Çərşənbə) Mina faciəsində zərər çəkmiş hacıların hüquqlarının əhya edilməsi mövzusunda İran hökuməti ilə əməkdaşlıqda tapılacaqlarını bildirən bir qrup vəkilin məktubunu cavablandıran xarici işlər naziri Məhəmməd Cavad Zərif, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin bu barədə lazımlı araşdırmaları etdiyini və bu barədə Ədliyyə Nazirliyi üzrə vəkillərin qabiliyyətlərindən də yararlanılacağını vermişdir .
İran dövlət adamlarının Mina faciəsi qurbanlarının hüquqlarını əhya etmə mövzusunda qərarlı olduğunu bildirən xarici işlər naziri Zərif, bu istiqamətdəki işlərin davam etdiyini bildirdi.
Ötən 24 Sentyabr tarixində Qurban Bayramında Səudiyyə rejiminin pis tədbir və idarəsi üzündən minlərlə hacı Minada şeytanı daşlamağa gedərkən çıxan izdihamda həyatını itirmişdi. Ölənlərdən yüzlərlə İranlıydı.
İranlı səlahiyyətlilərin bütün cəhdlərinə baxmayaraq 36 İranlı hacı hələ də itkindir və aqibətləri mövzusunda hər hansı bir məlumat mövcud deyil.