DünyaXƏBƏRLƏR

MAQATE direktorunun İranın nüvə fəaliyyətləri barədə yeni hesabatı

MAQATE-nin baş direktoru Yokyo Amano ötən gecə (cümə axşamı 14 noyabr) İranın sülhsevər nüvə fəaliyyətləri haqda yaydığı hesabatında təkidlə bildirib ki, İranın son zamanlarda Agentliklə əməkdaşlıq çərçivəsi sahədə imzaladığı sənəd önəmli addım hesab olur.

18 səhifədən təşkil olmuş Yokyo Amanonun hesabatında deyilir ki, bu əməkdaşlıq çərçivəsində İran ilə Agentlik razılıq əldə ediblər ki, keçmişdən yerdə qalmış məsələlər və hazırkı məsələlərin həll edilməsi üçün sınaqlar üzrə fəaliyyətlərin həyata keçirilməsi üçün əməkdaşlıq aparsınlar və İran isə qarşıdakı üç ay ərzində artıq proktikal addımlar atacağını bildirir.

Hesabatda həmçinin təkid  edilib ki, AEBA bu təşkilatın müfəttişlərinin nəzarəti altında olan İranın nüvə fəlaiyyətlərində heç bir yayınmanın baş vermədiyini təsdiqləyir.

Həmin məlumata əsasən, Yokyo Amano eyni zamanda iddia edib ki, AEBA İranın nüvə silahı əldə edib etməməsi haqda həmçinin bu ölkədə bütün nüvə materiallarının yalnız sülh xidmətində olduğu haqda qərar çıxarmaq iqtidarında deyil.

MAQATE-nin  hesabatında deyilir ki, İran İslam Respublikası ötən üç ay ərzində öz nüvə obyektlərini genişləndirməyib və Agentlik etimad qazanmaq üçün Tehranın bu strategiyasını önəmli addım kimi dəyərləndirir.

MAQATE baş direktoru həmçinin bildirib, İranın mərkəzində yerləşən Nətənz AES-də uranın zənginləşdirilməsi üçün yalnız 4 sentrifuqa fəaliyyət etməkdədir və Tehranın cənubunda yerləşən Qum şəhəri yaxınlığında  olan Fordo nüvə obyektində isə heç bir cihaz artırılmayıb.

AEBA-nın sədri ötən cümə axşamı İranın sülhsevər nüvə fəlaiyyətləri ilə bağlı yeni hesabatını Tehran ilə imzaladığı 6 bənddən ibarət olan müştərək bəyanatdan sonra yayaraq onu AEBA-ə üzv ölkələrin ixtiyarına verib.

Agenliyin iş gündəmi əsasında, İdarə Heyəti sessıyasının başlanmasından 7-10 gün öncə, baş direktorun hesabatı hazrlanmalı və Agentliyə üzv ölkələrin ixtiyarına verilməlidir.

Agentliyin qarşıdakı İdarə heyəti iclası 2 gün müddətində və Agentliyin Avstriyanın paytaxtı Vyanada yerləşən qəraragahında keçirilir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu