AvropaDünyaXƏBƏRLƏR

Qəbələ RLS-dəki qurğular Ermənistana daşınıb

Rusiya Qəbələ RLS-dən daşınan texniki avadanlıqları Ermənistanda yerləşdirib.

“AzNews”a daxil olan məlumata görə, Qəbələ RLS-dəki texniki avadanlıqların daşınması zamanı Rusiyaya qadağa tətbiq olunub. Buna səbəb Rusiyanın yüklərin Qəbələ-İrəvan aviareyisi ilə daşımağa cəhd etməsi olub.

Azərbaycanın qadağasından sonra yüklər Qəbələ-İrəvan deyil, Qəbələ-Soçi aviareysi ilə daşınıb. Rusiya Qəbələ RLS-dən daşınan texniki avadanlıqları Ermənistanda yerləşdirib. Soçiyə aparılan hərbi təyinatlı qurğular, oradan da İrəvana daşınıb. Qeyd edək ki, 2012-ci ilin dekabr ayında Rusiya Qəbələ RLS-dən rəsmən imtina etdiyini açıqlayıb. Rusiyanın Qəbələ RLS-dən imtinası Azərbaycanın stansiyanın icarə haqqını artırması ilə bağlı olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu