AsyaAzərbaycanXƏBƏRLƏR

Ağdərədən Ermənistanın Vardanis rayonuna yol çəkilir

Azərbaycan Respublikasının işqal olunmuş Ağdərə rayonundan Ermənistanın Vardanis rayonuna 116 kilometrlik yol çəkilir.

işqal olunmuş ərazilərlə bağlı bu kimi simvolik xarakter daşıyan digər bir məlumat isə bundan ibarətdir ki, bu yaxınlarda Ermənistan prezidentinin də atasının Xankədində dəfn mərasimi olub.
Bu proseslərin silsiləvi xarakter alması Azərbaycanda müəyyən narahatçılıq yaradır.
Mövzu ilə bağlı “Deyerler”-ə açıqlamasında politoloq Zəfər Quluyev bildirib : “Ermənistan dövrü olaraq Azərbaycanın işğal olunmuş ərazilərində ilk növbədə Dağlıq Qarabağda möhkəmlənmə işləri aparır. Bu hərəkətlər həm Ermənistanın daxili publikasına, həm də beynəlxalq aləmə yönəlik mesajlardır. Əslində bu mesajların kökündə o durub ki, Azərbaycanla-Ermənistanın danışqlar prosesinin mövzusu ətraf rayonlar ola bilər. Amma Dağlıq Qarabağ məsələsinin mövzusu bitib.”
Zəfər Quluyev deyib : “Bu reallıqla barışmaq məcburiyyətindəsən. Digər tərəfdən 2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində ermənilər daha aqressiv və daha həyasız davranışlar sərgiləyirlər. Ciddi təzyiqlər olmasa bu ermənilər bu davranışları davam edəcəklər. Artıq Azərbaycan bir mərhələdə zor işlətmək məcburiyyətində qala bilər”.
Bu belə bir haldadır ki, rəsmi Bakı Ermənistan və Azərbaycan Respublikası prezidentləri və xarici işlər nazirlərinin son görüşlərində konkret məsələlərin müzakirə olunmasını deyir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu