Bəhreynin müxtəlif məntəqələrində Ali-Xəlifə rejiminə qarşı etiraz aksiyaları təşkil edilib, təhlükəsizlik qüvvələrinin insanların evlərinə soxulmalarını pislənilib.
Kərzəkan qəsəbəsinin sakinləri də siyasi məhbuslarla həmrəylik məqsədilə aksiya təşkil edərək, onların günahsız və dərhal azad edilməli olduğunu bildiriblər.
Sitrə adasında da oxşar etiraz aksiyası təşkil edilib. Aksiya iştirakçıları Ali-Xəlifə rejiminin devrilməsini istəyiblər.
Şaxur, Cəfir və əl-Dir şəhərləri də Ali-Xəlifə rejiminə qarşı etiraz aksiyalarının şahidi olub.
Bəhreyn xalqı 2011-ci ildən Ali-Xəlifə rejiminə qarşı azadlıq, ədalət və bərabərlik uğrunda mübarizəyə başlayıb.
İndiyə kimi hakim rejimə qarşı mübarizədə yüzdən çox bəhreynli həlak olub, yüzlərlə nəfər yaralanıb və ya həbs edilib.