Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Argentina Respublikasının bu ölkədə fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva ilə görüşüb.
Nazirlikdən cümə günü Trend-ə verilən məlumata görə, nazir bir çox istiqamətlərdə, o cümlədən İKT sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu, qarşılıqlı fəaliyyətin genişləndirilməsi və daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin yarandığını vurğulayıb.
Argentina səfiri Karlos Dante Riva da ölkəsinin bu sektorda, xüsusən də kosmik sənaye və telekommunikasiya istiqamətləri üzrə əməkdaşlıqda maraqlı olduğunu vurğulayaraq, artıq Argentinanın kosmik texnologiyalar üzrə ixtisaslaşan “İNVAP” şirkətinin qarşı tərəfə – “Azərkosmos” ASC-yətəkliflər göndərdiyini diqqətə çatdırıb.