AsyaDünyaXƏBƏRLƏR

İslami İran Həzrət İmam Hüseyn(ə)ın Ərbəyinində matəm içindədir

Şəhidlər Ağası Həzrət Əbaəbdellahel-Hüseyn(ə) və o həzrətin 72 vəfalı köməkçisinin şəhadətinin Ərbəyinində bütün İslami İran qaraya bürünüb, əzadardır.

Həzrət Əbaəbdellahel-Hüseyn(ə) aşiqləri və vurğunları məscidlər, ziyarətgahlar və hüseyniyyələrdə olaraq, Ərbəyin Ziyarətnaməsini qiraət edib, Əhli-Beyt(ə) mədhiyyəçiləri, mərsiyəxanlar və vaizlərin sözlərini dinləyirlər. İmam Hüseyn(ə) aşiqləri Aşuradan sonra Şəhidlər Ağası Həzrət İmam Hüseyn(ə) Əhli-Beyti(ə)a olan müsibətlərdən sonra, gözyaşları axıdıb, əzadarlıq edirlər.
Dünən gecəki və bugünkü əzadarlıq mərasimlərinin natiqləri, Kufədən Şam şəhərinə olan əsirlər karvanı istiqamətindəki hadisələri, Ərbəyin günü hadisələri, o cümlədən Cabir Bin Abdullah Ənsarinin İmam Hüseyn(ə)a olan məhəbbət və eşqini Aşura hadisəsindən sonrakı hadisələr kimi, o həzrətin aşiqləri və vurğunlarına bəyan edirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu