Tehranın Cümə Namazı Xitabətçisi deyib: Suriyadakı hadisələr Qərbin iyrənc Liberal-Demokratiya sərgisidir.
Tehranın Cümə Namazı xitabətçisi Ayətullah Seyid Əhməd Xatəmi Suriyada baş verən hadisələrin Amerika başda olmaqla Qərb ölkələrinin Liberal-Demokratiya təfəkkürlərinin nəticəsi olduğunu bildirib.
Tehranın Cümə Namazı Xətibi Amerika xüsusiyyət təşkil etməklə düşmən ölkələrin Suriyaya qarşı hədələri və onların Suriyadakı qırğınları davam etdirmələrini pisləyərək, deyib: Suriyada başverənlər Qərbin iyrənc və çirkin təfəkkürlərinin nəticəsidir.
Tehranın Cümə Namazı Xətibi sonra deyib: Təqribən 30 aydır ki, Suriya Amerika, sionist rejim, Ərəbistan, Türkiyə və Qətərin himayə etdikləri terrorçuların hücum alovlarında yanmaqdadır və minlərlə insan, o cümlədən qadınlar və uşaqlar qətliam edilirlər.
Ayətullah Seyid Əhməd Xatəmi Amerikanın dövlət katibinin, ölkəsinin Suriyadakı Əl-Qaidə terror şəbəkəsi ilə hər cür əməkdaşlığının olmasını inkar etməsinin böyük yalan olduğunu da bildirib.
” etibarlı faktlar və şahidlərə görə Əl-Qaidə özünün terror əməliyyatları üçün Amerika və bu ölkənin regional himayəçisi olan ölkələr tərəfindən maliyyə və silah baxımından dəstəklənir” –deyə Tehranın müvəqqəti İmam Cüməsi sözlərini davam etdirib.
Tehranın cümə namazı xətibi əl-Qaidəni ABŞ-ın Suriya ilə bağlı siyasətinin icraçısı adlandırıb və deyib: Amerika bu gün Suriyada öz məqsədlərinə nail olmaq üçün əl-Qaidəni himayə edir. Halbuki, bir neçə il öncə əl-Qaidə ilə mübarizə bəhanəsi ilə Əfqanıstana hücum və bu ölkəni işğal etmişdi.
Ayətullah Xatəmi ABŞ rəsmilərinin Suriya prezidenti Bəşşar Əsədin insanlığın qırmızı xəttini keçməkdə ittiham etmələrini gülünc hərəkət adlandırıb və deyib: Quantanamo və ABŞ-ın İraq və Əfqanıstandakı məxfi zindanlarında məhbuslara qarşı yol verilən işgəncələr və cinayətlər Amerikanın adını insan haqlarını ən kobud formada pozan ölkələr siyahısına daxil edib.
Tehranın cümə namazı xətibi ABŞ-ın Suriyaya qarşı hərbi əməliyyatla bağlı qərarının səbəbi barədə deyib: Amerikalılar Əsəd hökumətini devirmək üçün bütün fitnələrinin uğursuzluğa uğradığını gördükdə Suriyada izlədikləri məqsədə nail olmaq üçün birbaşa hərbi müdaxilədən başqa yolları olmadıqlarını anlayıblar.
Ayətullah Xatəmi Suriya dövlətini kimyəvi silahlardan istifadədə ittiham etməyi qəbuledilməz və bunu Suriyaya qarşı hərbi müdaxilə üçün bir bəhanə adlandırıb və deyib: Suriya hökuməti və ordusu son aylar ərzində düşmənlər qarşısında ardıcıl qələbələr əldə edirdi və kimyəvi silahdan istifadəyə də ehtiyacı yox idi.
Tehranın cümə namazı xətibi həmçinin, son zamanlar İraqda, Əşrəf bazasında terror qurbanlarının övladları ilə terrorçu münafiqlər arasında çıxan toqquşmaya işarə edərək, deyib: Bu terrorçu qruplaşmanın əlləri minlərlə günahsız iranlı və iraqlının qanına bulaşıb və onların cinayətləri terror qurbanlarının övladları üçün unudulası deyil.
