SuriyaXƏBƏRLƏR

Avstriya qərbə Suriyaya qarşı hücum barəsində xəbərdarlıq etdi

Avstriya kansleri Verner Faymen qərbə Suriyaya qarşı hərbi hücum barəsində xəbərdarlıq edib.

Almaniya kansleri eyni zamanda BMT ilə bu barədə həmahənglik olmadan istənilən tələsik hücumla bağlı xəbərdarlıq edib.

Faymen Suriya böhranının həll yolunu hərbi deyil, siyasi xarakterli adlandırıb və qərbə məsləhət görüb ki, bütün diplomatik və siyasi seçimləri araşdırsın.

Avstriya qeyd edib ki, BMT-nin Suriyadakı müfəttişləri öz işlərini yerinə yetirmək üçün yetərli zamana ehtiyaclıdırlar.

Avstriya xarici işlər naziri bildirib: Xalqa qarşı kimyəvi silahlardan istifadənin olunması beynəlxalq qanunlar və insan haqlarına ziddir və müharibə cinayətlərindəndir.

Şpind Lager kütləvi qırğın silahlarının soyuq müharibə dönəminin zorakılıqlarının yadigarı olduğunu xatırladaraq bu silahların 21-ci əsrdə yerinin olmadığını bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu