Yeni Zelandiya, dünya üzərində iqlim dəyişikliyini iltica səbəbi olaraq qəbul edən ilk ölkə oldu.
Yeni Zelandiya, iqlim dəyişikliyi səbəbiylə ölkəyə iltica müraciəti edən bir ailənin səbəbini nəzərə alaraq bir qanun imza atdı.
Böyük Okeanın ortasında olan Tuvalu adasında Sigeo Alesana, həyat yoldaşı və üç ilə beş yaşlarındakı iki uşaqları ilə birlikdə Yeni Zelanda’ya iltica müraciəti etmişdi. Ailənin vəkili Carole Curtisin verdiyi məlumatlara görə, ailə Yeni Zelandiyada iclas haqqı qazandı.
Köç məhkəməsi, uşaqların yaşlarından ötəri iqlim dəyişikliyinin nəticələrinə bağlı olaraq bir təbii fəlakətlə qarşılaşma riskinin böyük olduğuna diqqət çəkdi.
Ayrıca qərarda ailənin yaxınlarının da ölkədə yaşadığı vurğulandı. 2013-ci ildə Kiribatili bir ailənin iqlim dəyişikliyini səbəb göstərərək etdiyi iltica müraciəti rədd edilmişdi.
Birləşmiş Millətlər Təşkilatının Ətraf Proqramı (UNEP), iqlim dəyişikliyinə bağlı olaraq dəniz səviyyəsinin yüksəlməsi səbəbiylə Kiribati, Maldiv, Marşal Adaları və Tuvalu kimi ada dövlətlərinin varlığının təhlükədə olduğu xəbərdarlığını etmişdi.
