İraqXƏBƏRLƏR

“İraq yaraqlılar tərəfindən açıq-aşkar müharibə ilə üzləşib”

İraqın Daxili İşlər Nazirliyi bildirib ki, bu ölkədə yaraqlılar açıq-aşkar bir müharibəni başlayıblar və bu işlə Yaxın Şərqin bu ölkəsini səbatsızlıq və de-stabilliyə doğru sürükləmək istəyirlər.

Çərşənbə axşamı günü yayılan bəyanatda İraqın Daxili İşlər Nazirliyi bildirib: İraq hal-hazırda qaniçən firqəçi qüvvələr tərəfindən açıq-aşkar bir müharibə ilə üzləşib. Onların məqsədi bu ölkəni hərc-mərcliyə sürükləməkdir.

Bu bəyanat İraqda 60 nəfərin həlak olması və onlarla nəfərin yaralanması ilə nəticələnən 17 bomba partlayışından sonra verilib.

İraqın Daxili İşlər Nazirliyi ifratçılara sığınacaq verən hər bir şəxslə kəskin davranacağı barəsində xəbərdarlıq edərək təklif edib ki, yaraqlılar barəsində məlumat verən hər bir şəxs böyük nağd mükafat alacaqdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu