Inkişaf etməkdə olan İslam ölkələrindən ibarət olan D-8 qrupu baş katibi Seyyid Əli Məhəmməd Musəvi, D-8 qrupu ölkələrinin xarici ticarət baxımından çox əhəmiyyətli tutuma sahib olduqlarını ifadə edərək, D-8 qrupunun 2018-ci ilə qədər ticarət həcmlərinin 500 trilyon dollara yüksələcəyini söylədi.
Seyyid Əli Məhəmməd Musəvi, Tehranda D-8-in sənaye nazirləri iclasında etdiyi danışmada, haqqında danışılan iclasın D-8 qrupu ölkələri arasında ticarət həcminin artırılması baxımından çox əhəmiyyətli olduğunu ifadə edərək, üzv ölkələrin çox ölçülü əməkdaşlıq sayəsində istənilən hədəflərə çatıla biləcəyini çünki D-8 qrupu ölkələrin yer altı və yer üstü qaynaqları daxil çox böyük potensial və zənginliklərə sahib olduğunu söylədi.
Türkiyə, İran, Pakistan, Banqladeş, İndoneziya, Malayziya, Misir və Nigeriya D-8 qrupu üzvü ölkələrdir.