Türkiyədə “Nato və İmperializmə qarşı birlik” adlı qrup NATO-nun bu ölkədəki bütün hərbi bazalarının bağlanması tələbi ilə etiraz aksiyası keçirib.
Bu aksiya bazar günü İstanbulda keçirilib və aksiya iştirakçıları NATO əleyhinə şüarlar verərək, bildiriblər ki, Türkiyə NATO-nun əlində bir alətə çevrilməyəcək.
Aksiya iştirakçıları həmçinin, Türkiyənin NATO-dan ayrılmasını istəyiblər.
Nato və İmperializmə qarşı birlik qrupu həmçinin Amerikanın İncirlik hərbi hava bazasının bağlanmasını istəyiblər. Aksiya iştirakçıları habelə, ABŞ və NATO-nun raket əleyhinə müdafiə sistemi çərçivəsində Malatiya elində quraşdırılmış Kürəcik radiolokasiya stansiyasının fəaliyyətinin dayandırılmasını da tələb ediblər.
Aksiya boyunca ABŞ və İsrail əleyhinə də şüarlar səsləndirilib.
