ABŞ Azərbaycanlılara pulsuz təhsil imkanı yaradır
ABŞ Azərbaycan Respublikası gənclərinə amerika tərbiyəsi vermək üçün xüsusi plan əsasında pulsuz təhsil və amerikan ailəsində bir il yaşamaq imkanı yaradır.
ABŞ-ın Mediaforum saytının məlumatına görə, Amerika Beynəlxalq Şurası ABŞ-da 1 il pulsuz təhsil almaq istəyən şagirdlər üçün proqram həyata keçirir: “Future Leaders Exchange Program” adlı roqramın qalibləri ailədə yaşamaq və orta məktəblərdə bir il təhsil almaq imkanı əldə edir. Qaliblər müsabiqə əsasında seçilir.
FLEX müsabiqəsində 1 yanvar 1997-ci ildən sonra, 15 iyul 1999-cu ildən əvvəl anadan olan 9, 10 və 11-ci sinif şagirdləri iştirak edə bilər. Onlar məktəbdə yaxşı və əla qiymətlərlə oxumalı; ingilis dilini bilməli; Azərbaycan vətəndaşı olmalı və beynəlxalq pasport almaq imkanına malik olmalı; Amerikada vizaların verilməsi tələblərinə uyğun olmalıdır.
Bir haldakı Azərbaycan Respublikası hökuməti qonşu və qardaş İranda dini təhsil alan vətəndaşlarını təzyiq altında saxlayır, ABŞ və digər qərb ölkələrinin “pulsuz təhsil” və “qərb ailələrində yaşama” kimi planlar rahatcasına Azərbaycanda həyata keçirilir!!