Dünya

Xarici media İranın iki hərbi bazası barədə peyk görüntülərini yaydı

Xarici media İranın iki hərbi bazası barədə peyk görüntülərini yaydı

Son 24 saat ərzində xarici media İran ordusu və İnqilab Keşikçiləri Korpusuna məxsus iki hərbi baza barədə məlumat və peyk görüntüləri yayıb.

Bu mediada Əqab 44 bazasının yenilənməsi və bərpası işlərinin sürətləndiyi, işlərin son mərhələyə çatdığı bildirilib. Yeni taksi yolunun salınması, əsas uçuş-enmə zolağının bərpası və digər işlər diqqətə çatdırılıb. Mənbədə qeyd olunur ki, Əqab 44 bazası ABŞ, Sionist rejim və ərəb düşmənlərinin təcavüzü zamanı üç dəfə ağır hücumlara məruz qalıb və hücumlara müqavimət göstərib. Həmçinin bazanın imkanlarından istifadə etmək üçün İranın kifayət qədər qırıcı təyyarəsinin olmadığı vurğulanıb.

Xarici medianın diqqət yetirdiyi digər obyekt isə İsfahanın cənubunda, yerin 150-250 metr dərinliyində inşa edilən yeni raket bazasıdır. Bu obyektə aid peyk görüntülərinin əsasən Sionistlər və monarxistlər tərəfindən yayıldığı bildirilib.