İranXƏBƏRLƏR

İslam İnqilabının Böyük Rəhbəri: Həcc İlahi hədiyyədir

İslam İnqilabının Böyük Rəhbəri Həccin İslam Dünyasının müştərək ehtiyacları haqda anlaşmanın əldə edilməsində tükənməz potensial və İlahi hədiyyə olduğunu bildiriblər.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün bazar ertəsi günü səhər builki Həcc mərasiminin məsul şəxsləri və işçilərinin o həzrətlə görüşlərində sonra belə buyurublar: İslam Dünyasının hazırkı böyük giriftarlıqlarından biri, İslam Ümməti və məzhəbi firqələr arasında ixtilaflar odunu alovlandırmaq üzrə qəbul etdirilmiş, əmdi və xəbiscəsinə olan giriftarlıqdır.
Həccin əzəmətli potensialından istifadə etmək üçün, hər dövrün həssaslıqları və məsləhətlərinə diqqətin edilməsi zərurətinə təkid edən Həzrət Ayətullahülüzma Xamenei sonra belə əlavə ediblər: İmperializm və müstəmləkəçilik aparatı məzhəblər arasında ixtilaf odunu alovlandırmaqda çoxlu təcrübəyə malikdir və hazırkı şəraitdə Həccin potensialı bu fitnəkarlıqla mübarizə haqda fəallaşmalıdır.
İslam İnqilabının Böyük Rəhbəri sonra belə bildiriblər: məzhəbi firqələr arasında qarşıdurmalar şiə və sünni ilə məhdudlaşmayacaq və əgər İslam düşmənləri bu qarşıdurmanı formalaşdıra bilsələr, sünnilər və şiələrin içərisində firqələri bir-birinin canına salmaq onların iş gündəminə daxil ediləcəkdir.
İslam Dünyasının müştərək istəkləri və ehtiyacları haqda anlaşmanın yaradılması fürsətini Həccin misilsiz potensiallarından adlandıran Həzrət Ayətullahülüzma Xamenei sonra belə vurğulayıblar: Həccin potensiallarından bir çoxu hələ tanınmayıbdır və fikir və düşüncə sahiblərindən yeni potensialların kəşf və tanınması haqda istifadə etmək lazımdır.
İslam İnqilabının Böyük Rəhbəri builki Həccin məsul şəxsləri və işçilərinin zəhmətlərinə və zəvvarlara düzgün və məntiqli xidmətlərin təqdim edilməsinə görə təşəkkürlərini bildirərək, ümid ediblər ki, Həccin böyük neməti və tükənməz potensialı keçmişdəkindən daha artıq İslam Dünyasının xidmətində olsun.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu