
Yunan hərbçilər iqtisadi qənaət siyasətlərinə qarşı aksiya keçiriblər.
Yunanıstan hərbçiləri bu ölkədə kapitalizm quruluşu və iqtisadi qənaət siyasətlərinin davam etməsinə qarşı aksiya keçiriblər.
Bu ölkənin ikinci ən böyük şəhəri olan Salonikidə yunan hərbçilər kapitalizm habelə Yunanıstan hökumətinin iqtisadi qənaət siyasətinin kəskinləşməsinin davam etməsi əleyhinə etiraz aksiyası keçiriblər.
Bu məlumata əsasən yunan hərbçilər Avropa Birliyi, Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna qarşı şüarlar səsləndirərək, Yunanıstan hökumətinin bu qurumlarla yanaşı olmasını kəskin formada tənqid ediblər.
Ötən həftə də Yunanıstan hərbçiləri Afina şəhərində aksiyalar təşkil edərək, bu ölkə hökumətini iqtisadi qənaət siyasətləri ilə kəskin formada müxalif olduqlarını elan etdilər.