Misir mənbələri Sinanın şimalında əl-Əriş şəhərində bir təhlükəsizlik zabitinin öldürüldüyünü bildiriblər.
Misir təhlükəsizlik mənbələri bildiriblər: Misirli zabit əl-Ərişin əsas küçəsində bir təhlükəsizlik avtomobilində hərəkət etdiyi zaman silahlı şəxslər ona atəş açıb, öldürüb və leytenant Əbdüləzizə aid avtomobili götürərək hadisə yerindən qaçıblar.
Qeyd etmək lazımdır ki, son vaxtlar Sinada vəziyyət gərginləşib və bir müddət öncə misirli əsgərlər silahlı şəxslər tərəfindən oğurlanmış, sonra isə azad olunmuşdular.
