İranın xarici işlər naziri deyib: İran və Rusiyanın münasibətləri, ortaq mənafe, regionda stabilliyin gücləndirilməsi eləcə də beynəlxalq sülh və stabilliyin qorunmasına kömək əsasında qurulub.
İranın xarici işlər naziri Məhəmmədcavad Zərif çərşənbə günü(11 dekabr) Tehranda rusiyalı həmkarı Sergey Lavrov ilə keçirdiyi mətbuat brifinqində bəyan edib: Altılıq qrupunun üzvlərindən olan Rusiyanın İranla dostluğu ,yüksək səviyyədə olmuşdur.
Zərif əlavə olaraq deyib: Regional böhranın ,eləcə də Suriyaya qarşı təcavüzün qarşısını almaqda, Rusiyanın müsbət və intensiv rolu olmuşdur və bu zəmində İranla Rusiya arasında optimal əməkdaşlıqlar olub.
İranın xarici siyasət idarəsinin rəhbəri habelə rusiyalı həmkarının Tehrana səfərinin iki ölkə arasında geniş və konstruktiv əməkdaşlıqların gücləndirilməsi üçün digər bir başlanğıc nöqtəsi olacağını arzulayıb.
Zərif xatırladıb: Xəzər dənizi ilə bağlı hərtərəfli əməkdaşlıqların edilməsi, uzun müddətli iqtisadi əməkdaşlıqların aparılması , mühüm regional məsələlər o cümlədən nüvə mövzuları haqda əməkdaşlığın edilməsi kimi məsələlər, Tehranda Sergey Lavrovla müzakirə ediləcək. İranlı həmkarı ilə görüşündən sevincini qeyd edən Rusiyanın xarici işlər naziri də bütün sahələrdə o cümlədən ikitərəfli, regional və beynəlxalq məsələlərdə Tehran-Moskva münasibətlərinin gün-gündən genişləndirilməsinə təkid edib.
Lavrov habelə Suriya məsələlərinə də münasibətini bildirib. O deyib: Moskva, Suriya böhranından nigaranlıq keçirir. Ona görə də bu ölkənin istiqlaliyyəti ,ərazi bütövlüyünün qorunması eləcə də Suriyada qan tökülmənin dayandırılmasını istəyir. Bunun üçün də məsələnin həllində gücdən istifadənin edilməsini yol verilməz sayır.