İraq xarici işlər naziri Ərəb Liqası dövlət başçılarının Doha sammitinin keçirilməsi ərəfəsində Suriyanın bu liqadakı yerinin müxaliflərə verilməsi ilə bağlı bu liqanın bəzi üzvlərini kəskin tənqid atəşinə tutub.
indiyə qədər Ərəb Liqasına dövri başçılıq edən İraqın xarici işlər naziri Huşyar Zibari Əsəd müxaliflərinin Ərəb Liqasında Suriya nümayəndəliyi yerində oturmalarını qeyri-qanuni və təhlükəli addım adlandırıb və deyib: Bu təşkilatın adı ərəb müxalifləri birliyi deyil, Ərəb Liqasıdır.
Zibari bildirib ki, Suriyada hərəkətə gələn odlu dairə qonşu ölkələrə doğru hərəkət edəcək və bu məsələnin qarşısının alınması və onun mürəkkəbliyinin idarə olunması mümkün olmayacaq.
İraq xarici işlər naziri əlavə edib: Suriya hökumətinin Ərəb Liqasındakı yerinin suriyalı müxaliflərə verilməsi ilə əlaqədar qərar bu ölkə xalqının xeyrinə olmayacaq və yalnız gərginlik və zorakılığın artması ilə nəticələnəcək.