İran İslam Respublikasının prezidenti deyib: Heç bir qüdrət İran xalqının inkişaf və uğuru əldə etmək istiqamətindəki iradəsini cilovlaya bilməz.
Mahmud Əhmədinejad bu gün İranın cənubunda yerləşən Fars ostanında bir neçə abadlıq və sənaye layihəsinin eyni zamanda açılış mərasimində iştirak edib.
Heç bir qüdrətin İran xalqının inkişafın əldə olunmasındakı iradəsini cilovlaya bilməyəcəyini bəyan edən Əhmədinejad söyləyib: Düşmənlərin xalqın hərəkəti yolunda əngəllər yaratmaları mümkündür. Lakin İran xalqı öz yolundakı bütün problem və maneəni aradan qaldıracaq böyük çaya bənzəyir.
İran xalqının birliyinə diqqəti çəkən prezident bildirib: İran xalqının nailiyyətləri o qədər çoxdur ki, bəziləri istəmir və ya istəmirlər bu nailiyyətlərə inansınlar. Əgər İran xalqı dünyanın bütün elmi zirvələrini fəth etsə belə, yenə də onu inkar edəcəklər.