Tunisin Təsisçilər Məclisinin bir üzvünün terror olunmasının ardınca cümə günü bu ölkədə ümumi tətil keçirilib və Tunisin bütün giriş və çıxış uçuşları ləğv olunub.
Fars xəbər agentliyinin məlumatına görə, Tunisdə ümumi tətil Əmək Birliyinin çağırışı ilə və bu ölkənin Təsisçilər Məclisinin üzvü- Məhəmməd Əl-İbrahiminin terror olunmasına etiraz olaraq keçirilib.
Bu tətil Tunis xalqının inqilabının beşiyi sayılan və Əl-İbrahiminin doğum yeri olan Səydi Buziyd şəhərində də davam edib.
Tunisin daxili işlər naziri- Bin Cəddu deyib ki, bu ölkənin Xalq Cəbhəsinin baş katibi- Məhəmməd Əl-İbrahiminin qətlində əli olmaqda ittiham olunanların dörd nəfəri həbs olunub. Bu şəxslər təkfiri sələfi qruplarının üzvlərindəndirlər.