Naməlum silahlı ünsürlərin BMT müfəttişlərinə doğru atəş açmalarına baxmayaraq, bu qurumun üzvləri Suriyanın cənubunda kimyəvi hücum hadisəsi yerinə baxış keçiriblər.
BMT müfəttişləri öz təhqiqatlarının 2-ci günündə Suriya hökumət qüvvələrinin mühafizəsi ilə bu ölkənin cənubunda Dəməşqin ətrafında irəli sürülən kimyəvi silahlardan istifadə ilə bağlı iddia barəsində araşdırmaya başlayıblar.
Digər tərəfdən Suriya ədliyyə naziri Nəcm əl-Əhməd Livanın əl-Əhd xəbər portalı ilə müsahibədə Suriya ordusunun kimyəvi silahdan istifadə etməsini təkzib edib və deyib: Suriyanın ixtiyarında bu əsassız xəbərlərin yalan olduğunu sübuta yetirən faktlar vardır.

