Livan Hizbullahı şənbə günü bəyanat yayaraq elan edib: Livan 14 mart hərəkatı bu ölkədə məzhəblər v tayfalararası fitnə törətmək istəyir.
Livan hizbullahı bildirib 14 Mart hərəkatı Trablos şəhərində qalma-qal törətmək məqsədi ilə bu işi görür və Sionist rejim bu cərəyanlardan faydalanır.
Livanın İslami Əməl Cəbhəsi də bir bəyanata yayaraq bu ölkədə təkfiri məfkurələrin yayılmasına dair xəbərdarlıq edərək əlavə edib: Livanda siyasi durğunluq nigaran edici təhlükəsizlik dəyişikliklərinə səbəbə olub və təkfiri qruplaşmalar terrorçuluğa zəmin yaratmışdır.
Livanın müxtəlif məntəqələri xüsusilə də bu ölkənin şimalı son həftə və aylarda onlarla nəfərin həlak olub yüzlərlə nəfərin yaralanması ilə nəticələnən terrorçu əməliyyatların şahidi olub.
