AzərbaycanXƏBƏRLƏR

Hacı Tale Bağırov “Bandotdel”ə aparılıb.

Müsəlman Azərbaycan Respublikası xalqının tanınmış mübariz ruhani Hacı Tale Bağırovun həbsinə etirazlarına baxmayaraq Hacı Tale Bağırov “Bandotdel”ə aparılıb.

Hacı Tale Bağırovun vəkili Rüstəm Zülfüqarov məlumat verib ki, martın 31-də Sabunçu polisi tərəfindən həbs olunan Hacı Tale Bağırovun barəsində iki aylıq həbs qərarı çıxarılıb.
Azərbaycan Respublikasından gələn məlumatlar Hacı Tale Bağırovun həbsinə etiraz aksiyalarının davam etməsi ehtimalından xəbər verir.
Qeyd edək ki, aprelin 1-də Bakının Nardaran qəsəbəsində Hacı Talenin həbsinə etiraz olaraq aksiya keçirilib. Aksiya insidentsiz keçsə də, sonradan həbslər başlayıb.
Ötən gün “Azadlıq” qəzeti AXCP Binqədi rayon şöbəsinin üzvü, partiyanın Gənclər Komitəsinin fəalı Veysel Qasımovun 10 sutka azadlıqdan məhrum edildiyi haqda xəbər yayıb.
Partiyadan verilən məlumata görə, Veysəl Qasımov Nardarana mitinqi müşahidə etmək üçün gedibmiş. Onu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları saxlayıb, elə həmin rayon məhkəməsində də ona polisə müqavimət ittihamı ilə 10 sutka həbs veriblər.
Eyni zamanda dünən gecə saatlarından Bəxtiyar Qurbanov və Röyal Əsgərov yoxa çıxıb.
İslamazeri saytının məlumatına görə, dindarlarla əlaqə saxlamaq olmur. Yoxa çıxan şəxslər dünən Nardaranda keçirilən aksiyada iştirak edib.
Qeyd edək ki, xalq arasında dindarların həbslərinin davam etməsi ilə bağlı narahatlıq davam edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu