DünyaXƏBƏRLƏR

Vaşinqtonda aksiyaçılar Quantanamonun bağlanmasını istəyiblər

Amerikalı aksiya iştirakçıları Vaşinqton DC-də Ağ Ev qarşısında toplaşaraq, Kuba körfəzində yerləşən qorxunc Quantanamo həbsxanasının bağlanmasını istəyiblər.

Dünən keçirilən bu etiraz aksiyası elə bir halda keçirilibdir ki, bu zindandakı məhbusların aclıq aksiyası yüzüncü gününə daxil olub.

Etirazçılar 370 min tərəfindən imzalanmış və Amerika prezidentinə xitabən olan bir şikayət ərizəsi hazırlayaraq, bu həbsxananın bağlanmasını istəyiblər.

Bu etiraz aksiyası zamanı etirazçılardan bir qrupu Amerika polisi tərəfindən həbs edildi.

Quantanamo həbsxanasında həbsdə olan 166 məhbusdan 102 nəfəri aclıq aksiyasına başlayıblar ki, həbsxananın məsul şəxsləri onlara zorla və xüsusi borularla yemək yedizdirirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu