Həzrət İmam Cavad(ə)-ın səadətli miladı və Xorrəmşəhrin azad edilməsinin ildönümü günü ərəfəsində İranın müdafiə naziri general-polkovnik Əhməd Vəhidinin iştirakı ilə “9-cu Herz” adlı yeni havadan müdafiə sisteminin istehsal xətti istifadəyə verilib.
Ə.Vəhidi bu mərasimdə deyib: İmam Cavad(ə)-ın xatirəsinə “9-cu Herze” adlandırılan bu havadan müdafiə sistemi İranın hərbi müdafiə sənayesi mütəxəssislərinin bacarıqlı əlləri tərəfindən quraşdırılıb. Bu sistem son dərəcə mürəkkəb bir havadan müdafiə sistemi olaraq, aşağı səviyyədə uçan hədəfləri avtomatik olaraq aşkar etmək və vurmağa qadirdir.