AzərbaycanXƏBƏRLƏR

AİP Ali Məhkəmənin qərarını ədalətsiz sayır

Azərbatcan İslam Partiyası idarə heyətinin və İslamçıların Hüquqlarının Müdafiə Komitəsinin toplantısı olub.

İslamazeri-nin verdiyi məlumata görə, toplantıda partiya sədri Hacı Möhsün Səmədov və digərlərinin şikayəti ilə bağlı Respublika Ali Məhkəməsinin son qərarına münasibət açıqlanmışdır. Ali Məhkəmənin əvvəlki məhkəmə instansiyalarının ədalətsiz qərarlarını qeyd-şərtsiz qüvvədə saxlanmasını İslamçılar Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqil olmaması, sifarişli həbslərə bütün instansiyalarda yaşıl işığın yandırılması kimi qiymətləndirmişlər.

Müzakirə zamanı bu haqda qəbul olunan bəyanatda deyilir:
“2011-ci il yanvarın 2-də AİP-in Baş Məclisində Hacı Möhsün Səmədov İ.Əliyev hakimiyyətinin mahiyyətini, rejimin ölkədə yaratdığı ağır sosial-iqtisadi vəziyyətin və ictimai-siyasi xaos və böhranın səbəblərini açaraq rüşvətxorluğu, baş alıb gedən korrupsiyanı, məmur özbaşnalığını, məhkəmələrin ədalətsizliyini, müsəlman cəmiyyətində mənəvi-əxlaqi aşınmaları yayan hərəkət və qanunların qəbul olunmasını, İslam dininə qarşı təqib və basqıların artmasını açıq tənqid etmişdir. O, bu çıxışına görə qondarma ssenari əsasında şərlənərək ağır ittihamlarla istintaqa cəlb olunmuş və Ağır Cinayətlərə Dair Məhkəmənin hökmü ilə 12 il həbs cəzasına məhkum edilmişdir. M.Səmədovla yanaşı daha beş nəfər də həbsə alınaraq hər biri on-on bir il yarım azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmışdır.

Bu gün hərzamankı dövrdən fərqli bir mühit yaranmışdır. Cəmiyyət üzvləri seçilən, sayılan hörmətlişəxsiyyətlərin haqsız yerə onlardan təcrid olunmasını qəbul edə bilmir və ciddi narahatlıq içərisindədirlər. Həssas məqamlardan olan prezident seçkiləri ilində insan haqlarının pozulması, şərlənməklə azadlıqdan məhrumedilmələr, ailələrin ağır mənəvi çətinliklərə məruz qoyulmaları, heç bir ədalətə və qanuna sığmayan hakimiyyət-vətəndaş münasibətlərinin son kritik həddə çatdırılması daha ağır sosial fəlakətlərə, qarşıdurmalara yol aça bilər.

Ölkədə fikir plüralizminə qarşı belə qəddar münasibətlər həm də onun göstəricisidir ki,beynəlxalq dairələr, dünyanın demokratik təsisatları Azərbaycanda strateji, xammal, yanacaq, başqa sözlə maddi maraqlardan başqa bir şey güdmür. Xalqımızın sərvəti hesabına hakimiyyəti satın almaq heçbir demokratik prinsipə sığmır. Ölkədə zülmün qarşısı alınmalı, zülmkar cəzasına çatdırılmalıdır. Cəmiyyətin fəal qüvvələrinin həbsxanalara atılması yalnız xalqa zərər yetirmək deməkdir”.

Toplantıda İslamçılar Azərbaycan Respublikası Ali Məhkəməsinin əvvəlki məhkəmə instansiyalarının hökmünü qüvvədə saxlayan qərarına qarşı və İslamçıların azadlıq hüquqlarının bərpa olunmasına görə Avropa Məhkəməsinə şikayət etməyi qərara almışlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu