Venesiya Komissiyası prezident seçkisində 1 nəfərin 3-cü dəfə namizəd olmasına qarşıdır
Azərbaycan Respublikasında 4 il öncə keçirilən referenduma əsasən, prezident vəzifəsində bir nəfərin 2 dəfədən artıq seçilməsini ləğv edən bu ölkə konstitusiyasının 101-ci maddəsinin 1-ci bəndi tamamilə ləğv olunub və bu il oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkiləri yaxınlaşmaqdadır.
İndi belə bir sual irəli sürülür ki, Azərbaycan Respublikası konstitusiyasında tətbiq olunmuş dəyişiklik İlham Əliyevin prezidentlik vəzifəsinə təyin olunduğu zaman onun özünə də şamil olacaqmı və o, 3-cü dəfə olaraq seçkilərdə iştirak edəcək ya xeyr? Bununla belə, İlham Əliyev hələ də bu seçkilərdə iştirak üçün hazırlığını elan etməyib. Lakin bu ölkə parlamentindəki hökumətə tərəfdar bəzi partiya və orqanlar İlham Əliyevin 3-cü dövr prezidentliyi üçün maraqlı olduqlarını bildiriblər.
“Azadlıq” qəzetinin yazdığına görə, Venesiya Komissiyasından verilən informasiyaya və “Azadlıq” radiosunun məlumatına əsasən, komissiyanın mövqeyi və bir nəfərin üçüncü dəfə olaraq prezident seçilməsinin qeyri-münasib dəyərləndirilməsində dəyişiklik olmayıb və bir nəfərə istədiyi qədər prezident vəzifəsinə seçilməsi haqqının verilməsi demokratiya sahəsində geriyə atılan addımdır.
Respublika quruluşu olan ölkələrdə ölkənin qüdrətinin prezidentin əlində təmərküzləşməsini nəzərə alaraq, diktaturanın qarşısını alma istiqamətində belə ölkələrdə bir nəfərin prezident vəzifəsinə 2 dövrdən artıq seçilməməsi qadağası zəruridir. Komissiyanın qənaətincə, Azərbaycanda belə məhdudiyyətin ləğv olunması bu ölkədə demokratiyanın əsasları qarşısında ciddi maneədir.