AsyaDünyaİranLivanXƏBƏRLƏR

Ərəbistan və sionist rejim Livanda vətəndaş müharibəsi törətmək sahəsində həmkarlıq edirlər

Livanda siyasi bir ekspert deyib: Ərəbistan və sionist rejim Livanda vətəndaş müharibəsi törətmək sahəsində həmkarlıq edirlər.

Nasir Qəndil Livanda dünən bu ölkənin keçmiş maliyyə naziri- Məhəmməd Şəth daxil olmaqla səkkiz nəfərin ölümü ilə nəticələnən Beyrutda törədilmiş partlayışı pisləyərək, deyib: Ərəbistan və sionist rejim bu kimi partlayışlarda kəşfiyyat həmkarlığı edirlər ki, Livanı vətəndaş müharibəsinə doğru sürükləsinlər.
Nasir Qəndil Beyrutda İran səfirliyi qarşısında partlayış və Hizbullah komandirinin terroru ilə əlaqədar Ərəbistan və sionist rejimin kəşfiyyat həmkarlıqlarına işarə edərək, vurğulayıb ki, bu cür hücumlarda məqsəd, müqavimət xəttinə zərbə vurmaqdır.
Bu livanlı ekspert Məhəmməd Şəthin terroru ilə Livanın keçmiş baş naziri- Rəfiq Həririnin terroru arasında oxşarlığın olmasına işarə edərək, deyib: Dünən Beyrutda törədilmiş partlayışın digər bir hədəfi, Hizbullah ilə Müqaviməti bu əməliyyatda əllərinin olmasında ittiham etməkdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu