Bu gün bazar 1435-ci hicri qəməri ili 20 camadüs-sani 2014-cü milad iki 20 aprel isalmın əziz qızı Həzrət Fatimə Zəhra (sə)-nın maild günü ilə təsadüf edir.
Həzrət Fatimə (sə) cəmadiüssani ayını 20-də və hicrət ilindən 8 il öncə dünyaya göz açdı və əziz atası Həzrət Məhəmməd(s.ə.s)-ın göstərişləri ilə elm, fəzilət və kamalın ən yüksək rütbəsinə nail olub.
İslamın Əziz Peyğəmbərinin qızı həmçinin şiələrin birinci imamı Həzrət Əli (əs)-ın səmimi və səfalı evində ən gözəl şəkildə öz qadın və analıq vəzifəsini yerinə yetirdi və İmam Həsən(əs), İmam Hüseyn (əs) və Həzrət Zeynəb (sə) kimi insanları öz müqəddəs qoynunda boya-başa çatdırdı.
Həzrət Fatimə (sə) bütün sahələrdə dünya qadınlarının simvolu sayılır və o Həzrətin təvəllüdü İslam İnqilabının banisi Həzrət İmam Xomeyni (rə)-ın ad günü ilə təsadüf edir və bu gün İranda ana və qadın günü adlandırıldığı üçün adınların xüsusilədə anaların yüksək məqmıların qeydə alınır.
İslami İran həmin münasibətlə iki dünya xanımı Sediqeye Tahirə Həzrət Fatimə Zəhra (sə)-ın təvəllüdü axşamı nur və şənliklə dolmuşdur. Həmin məlumata əsasən, İranın müxtəlif məntəqələri, o cümlədən Qom və Məşhəd şəhəri başqa bir ruhiyyə-əhvalda olub və İsmət və Təharət xandanının vurğunları bütün küçələri, xiyabanları bəzəyərək, şənlik keçirərək bu əziz günü qeydə alıblar.
İranın Tele- Radio Təşkilatının sərhədaşırı bölməsinin Azeridilli Radiosu isə həmin gözəl münasibətlə əlaqədar bütün müsəlmanları və dünya azadsevərləri xüsusilədə Həzrət Zəhra (sə)nın həqiqi ardıcıllarından olan anaları və qadınları təbrik edir.
