
Azərbaycan Respublikasında Fələstin mədəniyyəti mərasimi keçirilib
Fələstinin Azərbaycan Respublikasındakı səfirliyinin təşəbbüsü ilə Bakıda Fələstin mədəniyyəti adı altında mərasim keçirilib.
Səhər kanalı internet portalının verdiyi məlumata görə, Bakıda bir qrup fələstinli tələbənin iştirakı ilə keçirilən bu mərasimdə Fələstinin tarixi abidələri və mədəniyyətinin kadrları nümayiş olunub.
Fələstinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdülkərim Səhər kanalına müsahibəsində bu mərasimin keçirilməsindəki məqsədin Fələstinin zəngin mədəniyyətini Azərbaycan Respublikası xalqına tanıtdırmaq olduğunu deyib.
Fələstin səfiri deyib: Bu mərasim Fələstin və Azərbaycan Respublikasının nə qədər bir-birinə yaxın, eyni dində və çoxlu mədəni ortaqlıqlara malik olduğunu göstərir.
Nasir Əbdülkərim həmçinin bildirib: İran xalqı və oradakı qardaşlarım üçün ən yaxşı arzuları və inkişafları diləyirəm.
Bu mərasimin keçirilməsində rolu olan Azərbaycan Fəal Gənclər müəssisəsi AİESEC-in rəhbəri deyib: Belə mərasimlərin keçirilməsində bu müəssisənin səfirliklərlə əməkdaşlıq etməkdə məqsədi müxtəlif ölkələrin mədəniyyəti, adət-ənənəsi və musiqisini Azərbaycan Respublikası xalqına tanıtdırmaqdır.
Müəssisə rəhbəri əlavə edib: Azərbaycanın fəal gəncləri indiyə qədər Rusiya və Fransanın mədəniyyət mərasimlərini təşkil etmişdir. Martın 15-də İndoneziya, İraq və digər ölkələrin mədəniyyət mərasimlərini təşkil etmək niyyətindəyik.