İran İslam Şurası məclisinin sədri söyləyib : Region inqilabları İran İslam İnqilabının təsirlərindən təkcə bir nümunəsidir.
Əli Laricani bu gün islam şurası məclisinin açıq iclasında söyləyib : İmam Xomeyni (r.ə) İran xalqına qəhrəmancasına müraciətləri ilə nəinki asılı bir diktatorun istilasına son qoydular həmdə dünyada bütün diktatorları sarsıdan bir dəyişiklik yaratdılar.
Laricani əlavə edib : İran İslam İnqilabının ən əhəmiyyətli təsiri müsəlmanların super güclərdən qorxmalarına son qoymaq idi .
Laricani əlavə edib : Üçüncü dünya ölkələri, iki hegemonçu qütbün birinə asılı olmaqla, özlərini yoxsulluqda və geridə saxlayırdılar və İran islam inqilabından əvvəl belə bir vəziyyətdə idi.
İran İslam Şurası məclisinin sədri söyləyib : İmam Xomeyni (r.ə) islam inqilabı ilə 4-cü dünya yaratdılar ki, ona əsasən ölkələr müstəqillik və başıucalıqla zorakılar qarşısında dayandılar.