13 Aban Youmullah etiraz yürüşündə iştirak edən şagird və tələbələr ABŞ-ın tabutunu daşımaqla və “ABŞ-a ölüm!” şüarını səsləndirməklə bəzi cərəyanların bu şüarın aradan qaldırılması ilə bağlı səylərinə öz etirazlarını bildiriblər.
Üzərinə “Biz sona qədər dayanmışıq” yazılmış kəfənləri geyən bir qrup gənc beynəlxalq hegemonçuluqla mübarizəni vurğulayıblar.
ABŞ prezidenti Barak Obamanın müqəvvası və “ABŞ adam olmayacaq buratinodur” yazılan plakatları daşıyan şagirdlər Amerika hökumətlərinə nifrətlərini bildiriblər.
13 aban mərasiminin keçirildiyi xüsusi məkanın qarşısında sionist rejim və ABŞ başçılarının müqəvvaları yandırılıb.
Məktəbli Hərəkatı bir bəyanat verərək bildirib ki, biz məktəbli hərəkatları həmişə və hər yerdə zamanın Hüseyni ilə “Heyhat Minəzzillə” fəryadı edir və deyirik ki, zülm və sitəm altına getməyəcəyik.
Biz 13 Abanı Beynəlxalq Hegemonçuluqla Mübarizə simvolu hesab edirik; Biz hegemonçuluğun tam məhvinə qədər mübarizə və müqavimətdən əl çəkməyəcəyik.
Beynəlxalq Hegemonçuluqla Milli Mübarizə Günü 13 aban Youmullah yürüşünün qətnaməsində digər ölkələrdə oyanış və islam hərəkatları da dəstəklənib: İranın zülmə qarşı müsəlman xalqı İslami Oyanış dalğalarını dəstəkləyərək və haqqsevər və azadlıqsevər müsəlman xalqlarının qələbəsini arzulayaraq islam ümmətindən istəyir ki, öz ölkələrində imperializmin nüfuzunun davam etməsi və təhlükəli yayındırıcı ssenari və məkrli planlardan ehtiyatlı olsun və öz ölkələrinin məsələlərində müstəmləkəçi və imperialist qüdrətlərin istənilən zorakılıq, müdaxiləçi və tətbiqlərinin qarşısını alsın.