İranXƏBƏRLƏR

Xanım Fatimənin(s.ə) şəhadəti günü İranda qeyd olundu

Bu gün cəmadül-sani ayının 3-ü İslam peyğəmbəri Həzrət Məhəmməd Mustafanın(s.ə.s) əziz qızı və Əli ibn Əbu Talibin(ə) həyat yoldaşı Həzrət Fatimənin(s.ə) şəhadətinin ildönümü günüdür.

Xanım Fatimənin(s.ə) şəhadətinin ildönümündə İran İslam Peyğəmbərinin(s.ə.s) əziz qızının qəmində göz yaşı axıdaraq, matəm saxlayır.

İmam Rza(ə)-ın Məşhəd şəhərindəki müqəddəs ziyarətgahı, Qum şəhərində Xanım Məsumənin(s.ə) pak ziyarətgahı və Cəmkəran məscidi yaxın və uzaqdan gələn çoxlu sayda zəvvara ev sahibliyi edir.

Habelə, böyük təqlid mərcələrinin evlərində də bu münasibətlə matəm mərasimləri təşkil edilib.

Xanım Fatimənin(s.ə) şəhadətinin ildönümü münasibətilə İmam Xomeyni(r.ə) hüseyniyəsində İnqilab Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin iştirakı ilə əzadarlıq mərasimi təşkil edilib. İmam Xomeyni(r.ə) hüseyniyəsində əzadarlıq mərasimi sabah da davam edəcək.

Ümumiyyətlə İslam Peyğəmbərinin(s.ə.s) əziz qızının şəhadətinin ildönümü münasibətilə İslami İranın matəm içində olduğunu hər yerdə müşahidə etmək mümkündür.

Başda Tehran olmaqla bütün şəhərlərin mərkəzi meydanlarında böyük əzadarlıq dəstələrinin iştirakı ilə xanım Fatimənin(s.ə) şəhadətinin ildönümü qeyd olunub.

Əhl Beyt aşiqləri dünən axşam və bu gün məscidlər, mağarlar və dini məkanlarda mərsiyə oxumaq və sinə vurmaqla o həzrətin matəmində göz yaşları axıdıblar.

Məddahlar və natiqlər də Xanım Fatimənin(s.ə) şənində mədhiyyələr oxuyub, o həzrətin fəzilətləri haqda çıxışlar ediblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu