İran İslam Respublikası nüvə məsələsinin həll edilməsi üçüntam xoşməramlıdır.
İRNA-ın verdiyi məlumata əsasən, Martin Nesirki ötən gün (cümə axşamı 12 dekabr) müxbirlərə verdiyi müsahibədə deyib: BMT və Ban Ki Mun şəxsən bu mövzunu təsdiqləyir və tərəflərin hər bir müzakirədə xoşməramlılıq əsasında iştirak etmələri düşünülür.
Nesirki açıqlayıb, Müzakirələrdə iştirak etmək, ikitərəfin maraqlarını təmin edən nəticənin əldə edilməsi mənasını daşıyır. Bəzi BMT ekspertlərinin qənaətincə, Cenevrə müzakirələrindən sonra, İran qəbul etdiyi ilk öhdəliklərini yerinə yetirməklə, müzakirələrdə xoşməramlılığa əsaslanaraq, anlaşmanın əldə edilməsinin ardınca olduğunu sübuta yetirib.
Bu isə bir halda baş verir ki, siaysi ekspertlər ABŞ-ın da oxşar seçimi əsas götürməsinə şübhə ilə yanaşırlar zira Cenevrə anlaşmasına əsasən, Ağ Ev qarşıdakı 6 ay ərzində Konqressdə İran əleyhinə yeni sanksiyaların qarşısını almaqda öhdəlik qəbul etmişdir.
