Suriyada toqquşmalar zamanı dünyasını dəyişən qurbanların sayı yüz mindən keçib.
Suriya İnsan Haqları Təşkilatının məlumatına görə, ölənlərdən 5 mindən çoxu kiçik yaşlılardır.
Qeyd olunan qurumun hesabatına əsasən 2011-ci il mart ayında Suriya quruluşuna qarşı xalq etirazları başlandıqdan indiyə qədər ümumilikdə 100191 nəfər müharibə və toqquşmalar zamanı həyatını itirib.
Bu təşkilatın hesabatında bildirilir ki, ölənlər arasında 5144 nəfər kiçik yaşlı və 3330 nəfər qadındır.
Suriya İnsan Haqları Təşkilatı tərəfindən yayımlanan statistikada taleyi bəlli olmayan şəxslər, o cümlədən Suriya üsyançılarının əsirliyində olan təxminən 2500 nəfər nəzərdə tutulmayıb.