
Kipr əhalisinin əksəriyyət hissəsi Avropa Birliyi və avro qarşısında bədbindir.
Kiprdə aparılan rəy sorğusuna əsasən, Kiprin üçdə ikisi bu ölkənin avro zonadan çıxmasını istəyir və onların əksəriyyəti Avropa Birliyindən qorxur. Kipr 2008-ci ildə avro zonaya qoşulub.
Kipr parlamenti Avropa Birliyindən 10 milyard avro kreditin alınmasına səs verib.
Sərt iqtisadi siyasətlər, xüsusilə də Kiprdə bank qanunlarının dəyişilməsi bir çoxlarının etirazına səbəb olub.
Etirazçılar bildirirlər ki, Kipr vətəndaşları troyka əlində girov kimidirlər. Kiprdə böhran başlandığı zamandan bu ölkə vətəndaşları öz bank hesablarındakı pulu çıxarmaq üçün banklara hücum çəkiblər.
Bu ölkə hökuməti bankların iflasının qarşısını almaq üçün 17 milyard avroya ehtiyaclıdır.