AsyaDünyaSuriyaXƏBƏRLƏR

Suriya XİN BMT-nin sionist rejimə qarşı təcili addımlar atmasını istəyib

Suriyanın Xarici İşlər Nazirliyi BMT TŞ-dən istəyib ki, sionist rejim və terrorizmi dəstəkləyən ölkələr qarşısında təcili addımlar atsın və terrorizmlə mübarizədə Suriyanın köməyinə tələssin.

Almaniya xəbər agentliyinin məlumatına görə, Suriya xarici işlər nazirinin müavini- Feysəl Miqdad dünən BMT baş katibinin sülhün qorunması məsələləri üzrə müavini- Hero Ladsosla görüşdə Suriyanın 1974-cü ildə İsrail rejimi ilə düşmənçiliyi kənara qoyma müqaviləsinə görə, qəbul etdiyi vəzifələrə sadiqliyini elan edərək, öhdəlik götürüb ki, lazım olan imkanların təqdim olunmasının davam etdirilməsi ilə öz vəzifələrini qənaətbəxş tərzdə yerinə yetirə bilmələri üçün BMT-nin sülhü mühafizə qüvvələrinə kömək etsin.
Suriya xarici işlər nazirinin müavini BMT-nin sülhü mühafizə qüvvələrinin durumunu izləmək üçün Suriyaya gəlmiş Ladsosdan BMT nümayəndəsi kimi istəyib ki, Təhlükəsizlik Şurası tərəfindən sionist rejim və terrorçuluğu dəstəkləyən ölkələr haqda təcili addımlar atılsın.
Miqdad həmçinin BMT-dən istəyib ki, terrorçu qrupları maliyyə və hərbi cəhətdən himayə edən ölkələri bu köməklər prosesini dayandırmağa məcbur etsin və bu yolla terrorizmlə mübarizə üçün Suriyaya yardım çatdırsın.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu