
Azərbaycan Respublikası Amerika və Rusiyaya etiraz edib
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın Bakıdakı səfiri Vladimir Daroxin-i çağırtdıraraq, Rusiyanın Dövlət Xəbər Agentliyi Riyanovsti də Qarabağ haqda yayımlanan xəbərlərə etiraz edib.
Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Vladimir Daroxinlə görüşdə fevralın 25-də Riyanovsti Dövlət Xəbər Agentliyində “Dağlıq Qarabağ 25 il müddətində başqa ölkələr tərəfindən rəsmən tanınmamağa öyrəşmişdir” mətləbinin yayılmasına qarşı Azərbaycan Respublikasının etiraz və narahatlığını bildirib.
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini son aylarda Rusiya mediaları tərəfindən Azərbaycan Respublikasına qarşı çoxlu təbliğatların həyata keçirildiyini bildirərək, deyib: “ Qarabağ Münaqişəsinin həllində Minsk
Qrupunun həmsədrlərindən biri olan Rusiya Dövlətinə bağlı olan bir mediada belə bir mətləbin dərc edilməsi təəssüfləndiricidir”.
Eyni halda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev də Ağ Evin Qarabağın işğalı və Xocalı Qırğını haqda rəy-sorğusuna reaksiyası haqda təəssüfünü ifadə edib.
Amerikanın Minsk Qrupunun həmsədrlərindən biri kimi daim özünü Azərbaycanın strateji müttəfiqi olduğunu elan etməsini bildirən Elman Abdullayev sonra deyib: “ 100 mindən çox insanın bu rəy-sorğusunu dəstəklədiyini bildirməsindən sonra Amerikanın bu cavabı bizim üçün təəssüfləndiricidir”.
Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavini Bahar Muradova da deyib: “ Amerika tərəfindən belə bir mövqeyin sərgilənməsi qəbuledilməzdir. ABŞ qanunlarına əsasən Barak Obama Xocalı Faciəsi haqda öz nəzərini bildirməli idi. Amerika Dövlət Departamentinin rəsmiləri də bu məsələ haqda izahat verə bilərdilər”.
100 min nəfərdən çox insan Ağ Ev-in İnternet Saytına müraciət edərək, Amerika prezidenti Barak Obamanın 1992-ci il 26 fevralda Qarabağ Münaqişəsi zamanı 613 azərbaycanlı mülkinin qırğın edilməsinə reaksiya verməsini istədilər ki, Ağ Ev bu haqda öz nəzərini bildirməyəcəyini elan etdi.