İran İslam Respublikası xarici işlər nazirinin müavini, İranın hər zaman sülh, dinclik dolu və hər zaman insana dəyər verilən, bir inkişaf içində olan etidallı bir dünya istədiyini bildirdi.
BMT günü münasibətilə Tehranda təşkil edilən mərasimdə danışan Erakçi, İranın döyüş, şiddət və terrorizmin qurbanlarının biri olduğunu ifadə edərək, İranın hər zaman insan şərəfinə söykənən sülh, dinclik və tərəqqinin yana olduğunu söylədi.
İran İslam Respublikası xarici işlər nazirinin müavini Seyid Abbas Erakçi, ayrı-seçkilik nəticəsinin radikalizm və şiddət olduğunu söylədi.
Dünyada məhrumlar müdafiə olunması və qorunmasının BMT təşkilatının vəzifələrinin bir hissəsi olduğunu xatırladan Erakçi, BMT Təşkilatının bu gün dünyada ciddi bir imtahanla qarşı-qarşıya olduğunu, dialoqun sülhə və birlikdə yaşamağa açılan bir pəncərə olduğunu söylədi.
BMT Baş katibi Jan Elliasson isə bu yığıncaqda İran İslam Respublikasının BMT ilə yaxın əməkdaşlıq və xidmətlərindən ötəri bu təşkilatın xüsusi nişanını İran dövlətinə təqdim etdi.