İranXƏBƏRLƏR

QH ölkələri İran ilə Agentliyin əməkdaşlıqlarının davam etməsini vurğulayıblar

Qoşlmayan Hərəkatına üzv ölkələr İran İslam Respublikası ilə MAQATE-nin əməkaşlığının davam etməsini müsbət qarşılayıblar.

 

QH –yə üzv ölkələr cümə axşamı günü (28 noyabr) MAQATE-nin Vyandada keçirilən İdarə Heyəti iclasında, İranın sülhməqsədli  nüvə fəaliyyətlərini  dəstəkləyərək, Tehran ilə Agentlik arasında əməkdaşlıqların davam etməsindən razı qaldıqlarını bildiriblər.

QH-yə üzv ölkələr tərəfindən yayılan bəyanatda İran ilə MAQATE arasında baş verən konstruktiv müzakirələr və əməkdaşlıq çərçivəsi üzrə müştərək bəyanatın yayılması, həmçinin Cenevrədə İran və  5+1 qrupu tərəfindən qəbul edilən ortaq təşəbbsülər müsbət qarşılanıb.

QH üzvlərinin bəyanatında deyilir:  Qoşulmayan Hərəkatı ölkələrinin qənaətincə İranın nüvə mövzusunun yeganə çıxış yolu dialoq və diplomatik fəaliyyətlərdən asılıdır.

İranın MAQTE-dəki daimi nümayəndəsi Rza Nəcəfi QH-lər qrupunun sədri olaraq bu hərəkatın Baş İdarə heyəti iclsaındakı bəyanatı oxuyub.

MAQATE-nin baş katibi Yokyo Amano 2013-cü il  11 noybar İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi ilə görüşüb və əməkdaşlıqların genişləndirilməsi sahəsində razılaşmaya nail olaraq 6 bənddən ibarət anlaşmaya qol çəkiblər.

Həmin bəyanata əsasən, MAQATE-nin müfəttişləri öncədən planlaşdırılmadan İranın mərkəzində yerləşən Ərak ağır su fabrikasından, Bəndər Abbas-ın Gəçin mədəninə baxış keçirə bilərlər.

İran həmçinin könüllü olaraq MAQATE-nin müfəttişlərinə Ərak ağır su abyekti və Bəndər Abbas-ın Gəçin mədənindən baxışların keçirilməsinə icazə verib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu