AsyaDünyaİraqXƏBƏRLƏR

İraqda terror hərəkətləri: İrana qarşı iddia

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İrandan İraqa qüvvənin göndərilməsinə dair xəbərləri əsassız və ağ yalan adlandırıb.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü- Mərziyyə Əfxəm şənbə günü İrandan İraqa qüvvənin göndərilməsinə dair xəbərləri təkzib edərək, vurğulayıb ki, İraq ifratçılıq və terrorizm amilləri qarşısında xalq stimulu və lazımi hərbi imkan və hazırlıqlara malikdir.
İranın xarici işlər naziri- Məhəmməd Cavad Zərif də amerikan Nyuyorker adlı mətbuat orqanı ilə müsahibədə İrandan İraqa qüvvənin göndərilməsinə dair xəbərləri əsassız adlandırıb.
İran İslam Respublikasının prezidenti- Həsən Ruhani də şənbə günü Tehranda bir mətbuat konfransında regionda terrorizm təhlükəsini bütün ölkələr üçün bir hədə adlandırıb və deyib: İraq dövləti terrorizmlə mübarizə üçün İrandan hər bir kömək istəyərsə, İran ola bilər, həmkarlıq etmiş olsun. Ruhani eyni zamanda deyib: İranlı qüvvələrin İraqa daxil olmaları indiyədək irəli sürülməyibdir ki, İran bu işi görmək istəsin.
İranın terrorizmlə mübarizə qarşısındakı aydın mövqeyinə və İraqın hazırkı hadisələrinə əsasən, bəzi siyasi və hərbi dairələr qarayaxma çərçivəsində İranı terrorizmdən bir vasitə kimi istifadədə ittiham etmək ardıncadırlar.
Avropa Parlamentinin üzvü və bu avropalı orqanın İraq məsələləri üzrə heyətinin sədri- Storan Stivanson şənbə günü iddia edib ki, İran terrorizmlə mübarizə bəhanəsi ilə İraqa hərbi müdaxilə etmək ardıncadır.
İran rəsmiləri dəfələrlə terrorizmin təhlükəsi və regionda kobudluğun şiddətlənməsi haqda xəbərdarlıq edib və vurğulayıblar ki, İran hökuməti kobudluq və terrorçuluğa dözməyəcək və öz növbəsində regionda kobudluq və terrorizmlə sərt rəftar edəcəkdir.
İran daim bildiribdir ki, beynəlxalq qanunlar çərçivəsində terrorçu və təkfirçi qruplarla mübarizə üçün digər ölkələrlə həmkarlığa hazırdır. İran terrorizmlə ciddi mübarizə və əhalinin rəhmsizcəsinə qırğın edilməsinin qarşısının alınması məqsədi ilə özünün məşvərət və ekspertcəsinə nəzərini digər ölkələrə elan edir və bu mövqe İranın xas bir ölkəyə hərbi müdaxiləsi kimi təbir olunmamalıdır.
İran terrorizmlə mübarizə üçün müştərək beynəlxalq hədəf çərçivəsində heç bir gizli siyasət və plana malik deyil. Təhlükəsiz bir cəmiyyətə nail olmaq ölkələrin ortaq hədəfidir və ifratçılıq və kobudluqla mübarizə sahəsində həmkarlıq da bəşəriyyətin müştərək istəyidir.
Terrorçu qrupların regionda, xüsusən İraq və Suriyadakı hədələri, sülh və təhlükəsizliyin himayəçisi olan ölkələrin müştərək səmərəli əməkdaşlığını tələb edir. Şübhəsiz, bu gün terrorçu İŞİD qruplaşmasının İraq və Suriyadakı hərəkətləri və ifratçılığı bütün ölkələrə qarşı bir təhdiddir. Bu üzdən, sədaqətlə beynəlxalq sülh və təhlükəsizlik ardınca olan ölkələr nəinki özlərinin yaxın perspektivdəki maraqlarına çatmaq üzrə müştərək hədəf çərçivəsində bir-birilərini terrorizmdən sui-istifadə etməkdə ittiham etməməli, həm də heç bir strateji hesablama və nəzərəalma olmadan bir-biriləri ilə həmkarlıq etməlidirlər.
Terrorçu İŞİD qruplaşmasının İraqın şimalındakı dəstəklənən və məqsədyönlü hərəkətləri ciddi tutulmalı və bu ölkədə hakimiyyətin sabitliyi bütün region ölkələri və digər ölkələrin xeyrinə olmalıdır. Terrorizmdən istifadə ilə demokratiya ilə müharibəyə getmək olmaz və terrorçuluq və təkfirçiliyə bir vasitə kmi baxmaq onun himayəçiləri üçün mənfi nəticələr verəcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu