İran İslam Respublikası prezidenti Həsən Ruhaninin inaqurasiya mərasimi sabah bazar günü bəzi daxili rəsmilərin və dünyanın digər ölkələrinin rəsmilərinin bir qrupunun iştirakı ilə İran İslam Şurası Məclisində keçiriləcək.
Bu möhtəşəm inaqurasiya mərasimində iştirak etmək istəyən yüksək səviyyəli qonaqlar İmam Xomeyni (rə) Beynəlxalq hava limanına daxil olublar.
İndiyə qədər Avropa Birliyinin xarici siyasət məsələləri üzrə sabiq məsul şəxsi Xavier Solana, Pakistan prezidenti Asifəli Zərdari, Şimali Koreya prezidenti, Tanzaniya prezidentinin müavini, Komor prezidentinin müavini, Kuba prezidentinin müavini, İslam Əməkdaşlıq Təşkilatının sədr müavini, Braziliya xarici işlər naziri, Qvineya Bissau xarici işlər naziri, Burundi xarici işlər naziri, Surinam xarici işlər naziri, Syerra-Leone xarici işlər naziri, Çin mədəniyyət naziri, Nikaraqua prezidentinin müavini, Nigeriya prezidentinin xüsusi nümayəndəsi öz heyətləri ilə İmam Xomeyni (rə) Beynəlxalq hava limanına daxil olublar.
Digər ölkələrin rəsmiləri də İrana daxil olmaqdadırlar.
